uduş fondunun oynanılması

Lotereyanın şərtlərinə uyğun, lotereya biletinin uduşlu olub-olmamasının təsadüf prinsipi əsasında müəyyənləşdirildiyi və uduş fondunun müəyyən hissəsinə mülkiyyət hüququnun yarandığı proses

uduş fondu
universal poçt rabitəsi xidmətləri
OBASTAN VİKİ
Emil Byurle fondunun kolleksiyası
Emile Byurle fondunun kolleksiyası ( alm. Stiftung Sammlung E. G. Bührle‎ ) - Sürixdə yerləşən şəxsi incəsənət muzeyidir. == Kolleksiya == Sürixli sənayeçi Emil Georq Byurlenin (1890-1956) geniş sənət əsərləri kolleksiyası, 1960-cı ildə fonda çevrilmişdi. Həmin andan bəri kolleksiya, Byurlenin Sürixdə, Tsollikerştrasse (alm. Zollikerstrasse‎) küçəsindəki köhnə evinin yanında yerləşən villada sərgilənir. Sərgi çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri saat 14.00-17.00 arasında ziyarətçilər üçün açıqdır. Ekspozisiyaya aşağıdakılar daxildir: antik eksponatlar; orta əsrə aid heykəllər; qədim sənətkarların rəsmləri: Tintoretto, El Qreko, Rubens, Van Deyk, Rembrandt, Frans Hals, Tyepolo, Kanaletto, Qoyya, Enqr, Koro; impressionistlərin rəsmləri: Mane, Deqa, Renuar, Mone, Pissarro, Sisley, Tuluz-Lotrek, Syora, Sezan, Van Qoq, Qogen; modernistlərin rəsmləri: Bonnar, Vyuyar, Vlamink, Raul Dyufi, Modilyani, Utrillo, Şaqal, Korint, Matiss, Qris, Brak, Pikasso . 1941-ci ildən bu yana Byurle kolleksiyasında olan Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası" tablosunun yayımlanmasından sonra onun əldə edilməsinin şəffaflığı ilə bağlı şübhələr ortaya çıxmışdı: 1940-1941-ci illərdə bu tablo, Emil Byurle ilə Cənubi Amerikaya mühacirət edən yəhudi tacir Maks Emden arasında şübhəli ticarətlə əlaqəli ola bilərdi. == Oğurluq == 10 Fevral 2008-ci il tarixində silahlı bir soyğun nəticəsində, ümumi dəyəri 180 milyon İsveçrə frankı olan dörd rəsm əsəri oğurlandı. Kurator Lukas Qloorun sözlərinə əsasən, söhbət Pol Sezanın "Qırmızı jiletli oğlan", Klod Monenin "Vetey yaxınlığında xaşxaş tarlası", Vinsent Van Qoqun "Çiçəklənən şabalıd budaqları" və Edqar Deqanın "Qraf Lepikin qızları ilə portreti" əsərlərindən gedirdi.
Torpaq fondunun mülkiyyət növləri